Bu gün İsrail Prezidenti Şimon Peres Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Şimon Peres Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB