Lidiya Louson: “Seçki qanunlara uyğun keçirilir” MÖVQE

Lidiya Louson: “Seçki qanunlara uyğun keçirilir” MÖVQE

Baş ofisi ABŞ-ın Dallas şəhərində yerləşən Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson bildirib ki, Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq. O bildirib ki, təşkilat oktyabrın 6-dan ilkin müşahidələr aparıb, dünən isə seçki məntəqələrini ziyarət ediblər: "Bu gün saat 7:30-dan müşahidələrə başladıq və 10 seçki məntəqəsində olduq. Hər məntəqədə seçki qanunu ilə bağlı materiallar var idi. Hər şey qanunlara uyğun keçir. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələrin bağlanana qədər davam etdirəcəyik".

Qeyd edək ki, bundan əvvəl təşkilat Rusiya, Qazaxıstan, Gürcüstan, Ekvador kimi ölkələrdə seçki müşahidələri aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə