Hazırda ümumi seçici fəallığı 58.05 % təşkil edir

Hazırda ümumi seçici fəallığı 58.05 % təşkil edir

Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinin saat 15:00-a olan son məlumatına görə, prezident seçkiləri seçici fəallığı şəraitində keçirilir. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, indiyədək 2987213 seçici səsvermə hüququndan istifadə edib. Ümumi seçici fəallığı isə hazırda 58.05 % təşkil edib.

Ən yüksək seçici fəallığı 70.68 % 14 saylı Xəzər seçki dairəsində müşahidə edilib. Ən aşağı seçici fəallığı isə 68 saylı Yasamal III Seçki Dairəsində 40.68 % qeydə alınıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçkilər Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 102 müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə