Fransisko Rosales Argüello: “Müxtəlif partiya müşahidəçilərinin seçkini izləməsi səsvermənin şəffaflığından xəbər verir”
13 saylı Xəzər –Pirallahı Dairə Seçki Komissiyasının 1 və 2 saylı məntəqələrində seçki prosesi davam edir. 1 saylı məntəqənin sədri Failə Rüstəmovanın SİA-ya verdiyi məlumata görə, saat 10:25-dək 200-dən artıq seçici səsvermədə iştirak edib. Səsvermənin gedişatını yerli siyasi partiyaların, QHT –lərin nümayəndələri ilə yanaşı, Fransa, İslandiya, Amerika, Zambiya və Filandiyadan olan müşahidəçilər də izləyiblər.
2 saylı məntəqədə isə saat 10:30-dək 300-dən artıq seçici səs vermədə iştirak edib. Səsverməni yerli müşahidəçilər və İngiltərə, Meksika, Argentina, Fransa və digər ölkələrdən olan beynəlxalq müşahidəçilər izləyiblər. 1 və 2 saylı məntəqələrdə həmçinin COPAL-ın rəhbərliyi və üzvləri də müşahidə aparıblar. Qurumun vitse prezidenti Fransisko Rosales Argüello açıqlama verərək seçkilər barədə fikirlərini bidirib: "Səsvermədə məxfilik tam şəkildə qorunur. Hər kəs rahatlıqla gizli şəkildə səs verir. Müxtəlif partiya müşahidəçilərinin seçki prosesini izləməsi səsvermənin şəffaflığından xəbər verir. Azərbaycanda demokratiya günü-gündən inkişaf edir. Bu gün müşahidə etdiyimiz seçkilər də bunun bariz nümunəsidir".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB