"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi çağırış edib
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi dünyada yaşayan azərbaycanlılara Azərbaycanın bugünkü inkişafının səbəbkarı - İlham Əliyevə səs verməyə çağırış edib. SİA-nın məlumatına görə, Niderlandda yaşayan azərbaycanlı qadınlar Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: "Biz - Niderlandda yaşayan Azərbaycan qadınları xalqımıza səslənirik! Azərbaycan son 10 ildə çox sürətli inkişaf yolu keçib. Qarşıdan gələn prezident seçkiləri bizə bu inkişaf yolunu davam etdirməyə labüd şərait yaradır. Azərbaycan xalqının qarşısında bu tərəqqini çıçəkləndirmək üçün böyük imkan açılıb. Odur ki, nəinki Niderlandda bütövlükdə dünyada yaşayan azərbaycanlıları Azərbaycanın bugünkü inkişafının səbəbkarı - İlham Əliyevə səs verməyə çağırırıq. Ümid edirik ki, "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn prinsipləri rəhbər tutaraq bütün Avropa azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB