Səbail rayonunda ahıl seçicilərlə görüş keçirildi

Dövlətin ahıllara qayğısı daimidir
Səbail rayonunda ahıl seçicilərlə görüş keçirildi

Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin YAP Səbail rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində ahıl seçici qadınlarla növbəti görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə partiyanın Səbail rayon təşkilatı qadınlar şurasının sədri Nübar Muxtarova, rayon təşkilatı idarə heyətinin üzvləri, rayon qadınlar şurasınnı sədr müavinləri Sultanə Qaralova, Rəfiqə Məmmədova və ahıl seçici qadınlar iştirak ediblər.

YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Nübar Muxtarova bildirib ki, artıq 9 oktyabr prezident seçkilərinə ço qısa zaman qalıb: "Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il Azərbaycan üçün mühüm tarixi hadisələrlə yadda qalıb: "Bu illər ərzində ölkəmiz bir çox nailliyyətlər əldə edib ki, bunlar da birbaşa Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində əldə olunub. 10 il ərzində ölkəmiz günü-gündən inkişaf edib və gözəlləşib".

N.Muxtarova Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artdığını söyləyib: "Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Bu siyasəti uğurla davam etdirən ölkə Prezident İlham Əliyev həmişə bu məsələni diqqət mərkəzində saxlayaraq "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Bu gün bu işlərin davamı olaraq 9 oktyabrda ailənizələ birlikdə seçki məntəqələrinə gedib yeganə liderimiz, xalqımızın və dövlətimizin qarantı İdham Əliyev cənablarına səs verin".

Çıxış edən ahıl qadın seçicilər də bir daha vurğuladılar ki, Azərbaycan xalqının alternativsiz lideri var - İlham Əliyev: "Biz də hamılıqla Ona səs verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə