TürkPA-nın yeni baş katibi Oqtay Əsədovla görüşüb FOTO

TürkPA-nın yeni baş katibi Oqtay Əsədovla görüşüb FOTO

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yeni baş katibi Jandos Asanov fəaliyyətə başlayıb. TürkPA-dan SİA-ya verilən məlumata görə, J. Asanov bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb.

Görüşdə TürkPA-nın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edilib. O. Əsədov TürkPA-nın fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. J. Asanov Milli Məclisin sədrinə TürkPA Beynəlxalq Katibliyinə göstərdiyi qonaqpərvərliyə görə öz təşəkkürünü ifadə edib. Görüşdə keçmiş baş katib Ramil Həsənov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə