MSK sədri: "Cəmil Həsənlinin MSK-dan narazı qalmağa haqqı yoxdur”
"9 oktyabrda fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzində prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin brifinq keçirməsinə məhdudiyyət olmayacaq". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu məsələdə hər hansı bir narahatlıq olmasa da, keçiriləcək istənilən tədbir haqda mərkəzin koordinatoru əvvəlcədən məlumatlandırılmalıdır: "Prezidentliyə namizədlər, onların səlahiyyətli nümayəndələri mərkəzə gələrək, burada media üçün açıqlama verə, proses barədə məlumatları jurnalistlərlə bölüşə bilərlər".
M.Pənahov Demokratik Qüvvələrin "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin İctimai Televiziyanı və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verməsi məsələsinə də münasibət bildirib: "İstənilən məhkəməyə verilmə faktı narazılıq yaradır. Buna baxmayaraq, MSK namizədlər üçün bütün şəraitin yaradılmasına çalışır. MSK namizədlərin normal fəaliyyət göstərməsi üçün bütün addımları atır. Buna görə də Cəmil Həsənlinin MSK-dan narazı qalmağa haqqı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB