Prezident seçkiləri günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimi olub
Prezident seçkiləri günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, bununla yanaşı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlər üçün brifinq keçirib.
MSK sədri deyib ki, 125 seçki dairəsi üzrə 5491 seçki məntəqəsində 5 milyon 141 seçicinin səs verməsi üçün şərait yaradılıb: "Eyni zamanda xarici ölkələrdə seçki məntəqələri açılıb ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakının təmin olunmasıdır. Hər hansı bir şəxs seçici siyahısına düşməyibsə, şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gələrək, sənədini təqdim etdikdən sonra səsvermədə iştirak edə bilər.
M. Pənahov bildirib ki, bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mühitinə həsəd aparır: "Bu proseslər yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə isə demokratik prinsipin əsas amili şəffaflıqdır. Seçkilərdə şəffaflığın təmin olunması üçün mediaya ən üstün şərait yaradılıb. Medianın seçkini izləməsi və prosesin içində olması üçün heç bir məhdudiyyət olmayacaq. Ümumilikdə müşahidəçilərin sayı isə 40 minə yaxınlaşır. Onlardan 1300-dən çoxu beynəlxalq müşahidəçilərdir. Ümumiyyətlə seçkidə 100-ə yaxın ölkədən müşahidəçi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB