Göyçaylılar İlhamlı sabahlara "İlhamla irəli!" deyir

Göyçaylılar İlhamlı sabahlara "İlhamla irəli!" deyir

Oktyabrın 9-da keçirirləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası bütün rayon və şəhərlərdə olduğu kimi Göyçayda da uğur və böyük coşqu hissi ilə davam etdirilir. Belə ki, oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının Göyçay rayon Seçki Qərargahının üzvləri rayonunun Şıxbəy kəndində seçicilərin iştirakı ilə görüş keçiriblər.

Seçicilər qarşısında çıxış edən YAP Göyçay rayon təşkilatının sədri, Seçki Qərargahının üzvü Ramiz İbrahimov qeyd edib ki, partiyanın namizədi Cənab İlham Əliyev zəngin həyat və zəngin siyasi yol keçib: "Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli-iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin müsbət və uğurlu nəticələri hər bir vətəndaşın, o cümlədən, göyçaylıların həyatında hiss edilir".

R.İbrahimov İlham Əliyevin Göyçay rayonu üzrə Seçki Qərargahının üzvlərinin bu günə kimi seçicilərlə bir sıra görüşlər keçirdiyini xatırladaraq əmin olduğunu vurğulayıb ki, Göyçay seçiciləri oktyabrın 9-da Yeni Azərbaycan Partiyaasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər. Belə ki, YAP-ın namizədi məhz xalqın namizədidir.

Seçki Qərargahının üzvü Sahib Şükürov isə öz növbəsində bildirib ki, bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək heç bir alternativ, heç bir siyasi qüvvə mövcud deyil: "Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda fəallıqla seçki məntəqələrinə gedərək İlham Əliyevə səs verməlidir".

Seçki Qərargahının üzvü əlavə edib ki, bütün göyçaylılar yalnız bir seçimi var - Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı Cənab İlham Əliyev. Çünki hər bir azərbaycanlı dövlətimizin gələcəyini məhz Heydər Əliyev siyasətinin davamında görür.

Seçki Qərargahının digər üzvləri - Şaban Osmanov, Zahidə Mirzəyeva, Zemfira Əliyeva və Ləman Hacıyeva Şıxbəy kənd sakinləri qarşısında çıxış edərkən bildiriblər ki, Azərbaycanın daha da güclənməsi və dünyada daha güclü söz sahibi olması üçün hər bir azərbaycanlının seçimi İlham Əliyevdir: "İlhamlı sabahlara "İlhamla irəli!" şüarı bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlının şüarına çevrilib".

Daha sonra çıxış edən kənd sakinləri də öz növbələrində qətiyyətlə vurğulayıblar ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Göyçay sakinləri və seçiciləri də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə