Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Yeni Azərbaycan Partiyası bu kampaniyanı ən yüksək səviyyədə aparır. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ölkənin bütün regionlarında görüşlər, tədbirlər keçirilir. Həmçinin Qubada da kampaniya çərçivəsində aparılan işlər uğurla davam edir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev və Milli Məclisin deputatı Yevda Abramov Quba rayonunun Aşağı-Atuc və Vladimirovka icra ərazi dairələrində seçicilərlə görüşlər keçiriblər.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, Azərbaycan sürətlə inkişaf edir: "Gördüyümüz bu inkişaf Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin parlaq siyasətinin nəticəsidir. Onun uzaqgörənliyi, müdrikliyi, bacarığı Azərbaycanımızı çiçəkləndirir və ölkəmizə yeni-yeni uğurlar qazandırır. 9 oktyabrda bu uğurlu siyasətə səs verəcəyik. Hər birimiz Prezidentimizlə fəxr edirik. Bizlər əminik ki, növbəti 5 ildə də Hörmətli İlham Əliyev Prezident seçiləcək. Bu xalqın istəyidir. Bu istəyin önündə heç bir qüvvə dayana bilməz".
Daha sonra seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatı Yevda Abramov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan dünyada lider dövlətə çevrilib: "Artıq 20 ildir ki, Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Ümummilli Lider Heydər Əliyev siyasəti müstəqil dövlətimizin, xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb. Çünki uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz, son 20 ildə Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən lider ölkə olub".
Görüşdə seçicilər də öz fikirlərini bildiriblər. Onlar ötən prezident seçkisində olduğu kimi bu seçkidə də Cənab İlham Əliyevi dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər. Həmçinin, qeyd ediblər ki, Azərbaycanın inkişafını yalnız Cənab İlham Əliyevin parlaq siyasətində görürlər. Bu inkişafın davamı üçün 9 oktyabr da xalqın hər bir nümayəndəsi kimi bizlər də seçki məntəqəsinə gedəcək və öz səsimizi YAP-ın namizədinə verəcəyik. Biz Prezidentimizlə qürur duyuruq. Onun uzaq görən siyasəti hər zaman öz bəhrəsini verib, verir və verəcək. Bizlər bu siyasətin davamını istəyirik.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB