XİN sözçüsü: "Azərbaycan "Google earth"la bağlı ABŞ-dakı səfirliyinə müvafiq təlimatlarını verib"

XİN sözçüsü: "Azərbaycan "Google earth"la bağlı ABŞ-dakı səfirliyinə müvafiq təlimatlarını verib"

"Azərbaycan "Google earth"un ölkəmizin coğrafi adlarının təhrif olunması ilə bağlı "Google" şirkətinə rəsmi etirazın ünvanlanması üçün ABŞ-dakı səfirliyinə müvafiq təlimatlarını verib". SİA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Onun sözlərinə görə, "Google earth" açıq portaldır və hər bir kəs orada öz dəyişikliklərini edə bilər: "Heç şübhəsiz ki, bundan yararlanan ermənilər Azərbaycan coğrafi adlarını erməni adları ilə dəyişiblər. Bu da ermənilərin növbəti provakasiyasıdır".

E.Abdullayev bildirib ki, informasiya savaşında hər bir şəxs öz köməyini əsirgəməməlidir: "Azərbaycan hamımızındır və ölkəmizə qarşı edilən hər bir təxribati hərəkətə qarşı birgə mübarizə aparmalıyıq. Xüsusən də İKT sahəsində ixtisaslaşan mütəxəssislər informasiya savaşına öz töhfəsini verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə