Mərkəzi Seçki Komissiyası (MSK) və Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətlərinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans keçiriləcək. Bu barədə SİA-ya MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev məlumat verib.
A.Sarıyev bildirib ki, tədbir jurnalistlərin seçki müşahidəçiliyi vərdişlərinin artırılmasına yardım etmək məqsədi daşıyır: "Konfransda MSK sədrinin müavini Natiq Məmmədov, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər rəsmi şəxslər iştirak edəcək".
Qeyd edək ki, tədbir oktyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB