"Günü-gündən güclənən, qüdrətlənən Azərbaycanımız daha bir əhəmiyyətli hadisə ərəfəsindədir. Artıq bir neçə gündən sonra xalqımız növbəti dəfə prezident seçkilərində iştirak edərək, öz seçimlərini edəcəklər. Oktyabrın 9-da baş tutacaq bu mühüm hadisəni təhlil edərkən, ilk növbədə belə bir faktor və zəmin nəzərləri cəlb edir. Belə ki, bu gün ölkədə bir məqam mövcuddur - xalq və hakimiyyət birliyi. Məhz bu sarsılmaz birliyin nəticəsidir ki, ölkəmiz son 10 ildə sürətlə inkişaf edib, xalqımızın sosial-rifah halı daha da yaxşılaşdırılıb". SİA-nın məlumatına görə, bunu YAP Biləsuvar rayon təşkilatınnı sədri Kamil Mirzəyev deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib və bu mövqeyini bu gün də qoruyub saxlamaqdadır: "Bu gün ölkəmizdə mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli əlaqələrə malikdir və bu əlaqələr nəticəsində də dünyanın çoxsaylı dövlətləri ölkəmizin biznes mühitində özünə yer edib. Bu bir faktdır ki, Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, hətta bir sıra yaxın ölkələri də nəzərə alsaq, böyük bir coğrafiyada xarici sərmayələrə açıq yeganə dövlətdir".
O bildirib ki, bu gün ölkəmizdə demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycanda Avropa standartlarına uyğun olan siyasi institutlar, təsisatlar yaranıb: "Ölkəmizdə vətəndaş cəmiyyəti sürətlə inkişaf edir. Eyni zamanda, Azərbaycanda aparılan seçki islahatı, vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və diqqəti dediklərimizi təsdiq edir. Ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunan Qərb standartları, yüksək texnologiya bu prosesin azad, ədalətli, şəffaf və ən əsası demokratik şəkildə nəticələnməsinə təminat verir. Bundan başqa, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hakimiyyəti ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir".
Kamil Mirzəyev həmçinin qeyd edib ki, vətəndaşlar bir reallığa - İlham Əliyev siyasətinə, bu siyasət üzərində qurulmuş konsepsiyaya səs verəcəklər: "Təbii ki, həmişə olduğu kimi, bu prosesdə yenə də Yeni Azərbaycan Partiyası (YAP) öndədir. Eləcə də seçicilərin rəyini qazanmaq metodlarından biri də partiyanın hansı mesajlarla seçkiyə getməsindən bilavasitə asılıdır. Mən bütün Azərbaycan vətəndaşlarını oktyabrın 9-da hamılıqla seçkilərdə fəal iştirak etməyə, bir daha tarixi seçimlərini etməklə İlham Əliyev siyasətinə dəstək verməyə səsləyirəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB