Qusarda təbliğat-təşviqat kampaniyası davam edir

Qusarda təbliğat-təşviqat kampaniyası davam edir

Qusarda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, millət vəkili Azər Badamov bu gün Mucuq və Düztahir kənd seçiciləri ilə görüşlər keçiriblər.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri D.İbramxəlilov və millət vəkili A.Badamov çıxış edərək bildiriblər ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Azərbaycan xalqı üçün hətta mümkünsüz görülən çox önəmli işlər həyata keçirilib".

Mucuq kənd sakinləri adından Yavər Əliquliyev, Nəzifə Qaflanova, Aydın Sultanov və Düztahir kənd sakinləri adından Cəlaləddin Bayramov, Tamam Əliverdiyeva, Ədalət Qarayev bildiriblər ki, cənab İlham Əliyev 9 oktyabrda keçiriləcək seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanaraq yenidən Prezident seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə