Cəmilin Con olmasının PƏRDƏ ARXASI

Cəmilin Con olmasının PƏRDƏ ARXASI

"Milli Şura"nın digər dövlətlər qarşısında öhdəlik götürməsi məsələsində təəccüblü heçnə görmürəm. Çünki Cəmil Həsənlinin İngiltərə və BP ilə bağlılığı var. Eyni zamanda da "Milli Şura"nın onlar qarşısında öhdəliyi var". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, " "Milli Şura"üzvlərinin getdiyi "Böyük Britaniya Kral İnstitutu" İngiltərə kəşfiyyatının qeyri-hökumət şapkası altında başqa ölkələrdə təxribatlar hazırlayan mərkəzdir: "Mitinqdə ingilis dilində Azərbaycan xalqını təhqir edən şüarların gündəmə gəlməsi və Cəmilin də çevrilib Con olması təsadüfi deyil. Radikal müxalifət elə bilir ki, ağıllı işlərlə məşğuldur. Ancaq onların dayağı olan xarici qüvvələrin Cəmilə Con deməsi "demokratik qüvvələrə" olan münasibəti ortaya qoyur. Təsadüfi deyil ki, İngiltərədə daha çox piratlara, qeyri-qanuni işlərlə məşğul olanların ümumi adı Condur. Yəni Cəmilin Con olması və onu boğmağa göndərilməsi də təhqirdir. Maraqlıdır Con kimi boğacaq? Həmdə Con unutmasın ki, insanlar arasında boğuşmaq olmur. Onların səviyyəsi, düşüncə tərzləri bu qədərdir".

C.Nuriyev bildirib ki, "Milli Şura"dakıların istər Rusiya prezidenti Vladimir Putinə müraciəti, istərsə də İngiltərə və ABŞ səfirliyi ilə əlaqələri vaxtıilə Rüstəm İbrahimbəyovun götürdüyü öhdəliklərdir: "Buna görə də onlar məcburdurlar ki, həmin öhdəlikləri yerinə yetirsinlər. Hətta o qədər savadsız siyasət yürüdürlər ki, bu məsələni mitinqdə də özləri etiraf etdilər. Hesab edirəm ki, bu da onların sonudur".

Politoloqun sözlərinə görə, Cəmil Həsənli Azərbaycan Prezidentindən şəffaflıq tələb edirsə, əvvəlcə özünün şəffaf olduğunu ortaya qoymalıdır: "Cəmil Həsənli şəffaflıq tələb edirsə Nerses Avetisovic Markaryanın kim olduğunu, onunla nə üçün görüşdüyünü açıqlasın. Cəmil Həsənli bunu açıqlamasa, mən açıqlayacam".

Bütün xəbərlər Facebook səhifəmizdə