Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Balakən rayonu üzrə seçki qərargahı rayonun Mazımçay kəndində seçicilərlə görüş keçirib. Seçki qərargahı üzvləri ilə birgə Milli Məclisin İnsan Huquqları Komitəsinin sədri Rəbiyyət Aslanova müstəqil Azərbaycan dövlətinin son illərdə böyük inkişaf yolu keçdiyini bildirib: "Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir və onun həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Cənab İlham Əliyev bəyan edib ki, Azərbaycan artıq regionun siyasi, iqtisadi lideridir. Bir daha əminəm ki, bütün balakənlilər qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə xoşbəxt, firəvan gələcəyə səs vermiş olacaqlar".
Kəndin ağsaqqalları adından çıxış edən Əli Molulov, Mazımçay məktəbinin direktoru Soltanəli Əliyev və başqaları çıxışlarda birmənalı şəkildə bildiriblər ki, dövlət başçısının regionlara səfəri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirməsi, onların qayğıları ilə maraqlanması xalq-dövlət birliyinin, həmrəyliyinin göstəricisidir. Bütün balakənlilər alternativsiz namizəd Cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB