"Bizim bir namizədimiz var, səsimizi də ona verəcəyik"

"Bizim bir namizədimiz var, səsimizi də ona verəcəyik"

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, seçicilərlə görüşü YAP Biləsuvar rayon təşkilatının aparat rəhəbri Əjdər Əliyev açaraq son 10 il ərzində Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlardan söhbət açıb.

Görüşdə kənd sakinlərindən təqaüdçü Meşəbəyi Hüseynov, torpaq mülkiyyətçisi Xanağa Nəcədov, kənd məktəbinin müəllimi Laçın Aslanova çıxış edərək onların bir namizədi olduğunu və onun da YAP namizədi, Heydər Əliyev siyasətini layiqincə davam etdirən cənab İlham Əliyev olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə