Politoloq: “Seçicilər birmənalı şəkildə İlham Əliyevə səs verəcək” MÜNASİBƏT

Politoloq: “Seçicilər birmənalı şəkildə İlham Əliyevə səs verəcək” MÜNASİBƏT

"Seçicilər seçdikləri namizədə səs vermək üçün 9 oktyabr prezident seçkiləri gününü səbrsizliklə gözləyirlər". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli ölkədə seçkiqabağı aparılan təbliğat-təşviqat kampaniyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində iştirak etdiyi görüşlərdə seçicilərin dəstəklədiyi və inandığı yeganə namizəd Prezident İlham Əliyevdir: "Sentyabrın 16-dan ölkədə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Kampaniya çərçivəsində regionlarda bir sıra görüşlərimiz olur. Görüşlər zamanı seçicilərlə söhbət edir, onlarla ünsiyyət nəticəsində fikirlərini öyrənirik. Seçicilər cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini vurğulayırlar. Keçirilən görüşlər zamanı bir daha əmin oluruq ki, seçicilər cənab prezidentin 10 il əzində yürütdüyü siyasətdən olduqca məmnundurlar. Hətta seçicilərin bir çoxu seçki kampaniyasına ehtiyac olmadığını düşünür. Çünki, onlar seçimlərini çoxdan ediblər. Region seçiciləri birmənalı şəkildə Prezident İlham Əliyevə səs verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə