Baş nazir: "Azərbaycan və Rusiya razılaşdırılmış mövqe ortaya qoymalıdır"

Baş nazir: "Azərbaycan və Rusiya razılaşdırılmış mövqe ortaya qoymalıdır"

"Bakı və Moskva enerji sektoru da daxil olmaqla, iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıdırlar". SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev Asiya və Sakit okean ölkələri informasiya agentlikləri Baş Assambleyasının iştirakçıları ilə görüşündə deyib.

Onun sözlərinə görə, hər iki ölkə arasında olan xüsusi yaxın əlaqələr nəzərə alınmaqla bir sıra iqtisadi məsələlər üzrə razılaşdırma xəttinin aparılmasına ehtiyac var: "Rusiya-Azərbaycan münasibətləri çox yüksək şəkildə inkişaf edir. Biz tərəfdaşıq və öz əməkdaşlığımızı bütün istiqamətlər üzrə inkişaf etdiririk. Bu hər zaman belə olub və hesab edirəm ki, bundan sonra da əlaqələrimiz bu şəkildə davam edəcək. Bu, praktiki olaraq əməkdaşlığımızın bütün aspektlərində özünü göstərir".

Bununla yanaşı, Medvedyev hesab edir ki, Rusiya və Azərbaycan arasında energetika sahəsi də daxil olmaqla bir sıra əməkdaşlıq prioritetləri var: "Azərbaycan da enerji sahəsində böyük oyunçudur və mənə elə gəlir ki, biz bir sıra məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıyıq".

Baş nazirinin fikrincə, tərəflər müəyyən anlarda rəqib olacaqlar ki, bu da beynəlxalq təcrübədən irəli gələn normal haldır: "Lakin hesab edirəm ki, biz razılığa gələ biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə