Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğatı uğurla davam edir. SİA-nın məlumatına görə, Kürdəmir rayonunda şəhər 7 saylı seçki məntəqəsinin ərazisini əhatə edən seçicilərlə görüş keçirilib.
Seçicilərlə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçiciləri 9 oktyabrda seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb. O, çıxışında 10 il ərzində ölkə başçısının rəhbərliyi altında qazanılan uğurlardan, sosial-iqtisadi inkişaf və siyasi sabitlikdən, eləcə də bu müddətdə Kürdəmirdə görülən abadlıq-quruculuq işlərindən danışaraq, Kürdəmir sakinlərini alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclsin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, Zenfira Zərbalıyeva təbliğat qrupunun üzvləri Mehrab Abdurahmanov, Neman Nuriyev və digərləri ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Çıxış edənlər vurğulayıblar ki, cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən Kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB