Anders Foq Rasmussen bəyanat verib

Rusiya Federasiyasının xarici işlər naziri (XİN) Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriya üzrə Cenevrədə şənbə günü aparılmış danışıqların yekunlarına dair əldə olunmuş razılaşmanı Şimali Atlantika müqaviləsi təşkilatı alqışlayır. SİA-nın məlumatına görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bəyanat verib: "Mən ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri arasında Suriyanın kimyəvi silahının məhv edilməsi haqqında bu gün əldə olunmuş sazişi alqışlayıram".

A.Rasmussen qeyd edib ki, saziş Suriyada böhranın siyasi yolla həllinə və ölkədə qan tökülməsinin dayandırılmasına təkan verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə