Raqif Abbasov: “Ölkə gəncləri birmənalı olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir” MÜNASİBƏT
"Azərbaycan Respublikası demoqrafik problemi olmayan bir dövlətdir və ölkə əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir". SİA-nın məlumatına görə, bu sözləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkə başçısının 10 illik fəaliyyəti dövründə gənclər siyasətindən danışarkən deyib.
O bildirib ki, əhalinin 30 faizini 29, 60 faizini isə 35 yaşına qədər olan gənclər təşkil edir: "Belə olan halda cəmiyyətin fəal qüvvəsini gənclər təşkil edir. Ölkə siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir ki, onun inkişafı istiqamətində mühüm işlər görülür. Tarixə nəzər salsaq, 10 il ərzində görülən işlərin nə qədər əhəmiyyətli olduğunun fərqinə vararıq. Bu gün gənclərimizin səsi beynəlxalq tədbirlərdə eşidilir. Gənclərimiz beynəlxalq institutlarda layiqincə təmsil olunur, dünyanın aparıcı təhsil ocaqlarında dövlət hesabına təhsilini davam etdirirlər. Bütün bunlar yeni mütəxəssislərin, dünyəvi ekspertlərin hazırlanması deməkdir".
Bundan əlavə R.Abbasov qeyd edib ki, hər 3 ildən bir ölkəmizdə təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hesabat xarakterli Gənclər Forumu keçirilir.
Sonuncu dövlət proqramının hazırlanmasında gənclərin birbaşa rol oynadığını dilə gətirən idarə rəisi bildirib ki, 2011- 2015-ci illəri əhatə edəcək dövlət proqramının hazırlanması cəmiyyətin müzakirəsinə verilib ki, bununla bağlı gənclər tərəfindən 2000-dən çox təklif irəli sürülüb: "Bunların da böyük əksəriyyəti təhlil olunub, Konstitutsiyaya uyğun olaraq proqramda öz əksini tapıb. Bu, demokratik dövlətlərə xas olan modelin tətbiqidir. Son 10 ildəki statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Gənclər Təşkilatları Milli Şurasında 200-dən artıq müxtəlif gənclər və uşaq təşkilatları cəmlənib. Dünya tədbirlərindəki qalibiyyətlərimiz Azərbaycanın elmi potensialının göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB