Daha bir müxalifətçi “Milli Şura”nı təxribat yaratmaqda ittiham etdi
"Milli Şura"nın və adıçəkilən qurumda təmsil olunan siyasi partiyaların seçkilər ərəfəsində ölkədə təxribat tötətmək cəhdi daha bir müxalifət nümayəndəsi tərəfindən iddia edilib. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, AXCP-nin Yasamal rayon təşkilatının sədri Mürsəl İbrahim oğlu İbrahimov və onu dəstəkləyən sıravilər təmsil olunduqları partiya sıralarından istefaya getdiklərini bəyan ediblər. İstefa ərizəsi AXCP Yasamal rayon təşkilatının Məclisində qəbul edilib. Ərizədə vurğulanıb ki, Cəbhə sədri Əli Kərimlinin antidövlətçilik və prinsipsizlik siyasəti onlarda hiddət doğurub və bu səbəbdən də partiya sıralarını tərk edirlər.
İstefa ərizəsinə imza atan cəbhəçilər bugünlərdə Əflan İbrahimov tərəfindən elan edilmiş yeni "EL" hərəkatına keçdiklərini bəyan ediblər.
Xatırladaq ki, Əflan İbrahimov Eldar Namazovun rəhbərlik etdiyi "EL" hərəkatının Ali Məclis sədrinin müavinliyindən istefa verərək, alternativ "EL" hərəkatını yaradıb və adıçəkilən qurumun seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB