Samuxda seçki öncəsi vəziyyət nəzərdə keçirilib FOTOLAR

Samuxda seçki öncəsi vəziyyət nəzərdə keçirilib FOTOLAR

Samux rayonunda seçki öncəsi bvəziyyət nəzərdə keçirilib. SİA-nın Qərb Bürosunun xəbərinə görə, Gəncə və ətraf rayonlarda səfərdə olan MDB Parlamentlərarası Assambleyanın ekspert qrupu Samuxda vəziyyətlə tanış olub. Ekspert qrupu rayonda seçkilərə hazırlığın vəziyyətini müşahidə etmək üçün 102 saylı Samux-Şəmkir dairə seçki komissiyasına və seçki məntəqələrinə baxış keçirib, seçki məntəqələrində hazırlığın vəziyyəti ilə yaxından tanış olub.

Bildirək ki, Gəncə və Şəmkidə də olan ekspert qrupu səfər müddəti ərzində dairə seçki komissiyalarında qanunun aliliyinin təminatı, həmçinin seçkilərin demokratik keçirilməsində inzibati orqanların fəaliyyəti, Konstitusiyanın tələblərinə əməl edilməsi ilə bağlı ətraflı məlumat toplayır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə