Erməni silahlı bölmələri atəşkəsi pozub

Erməni silahlı bölmələri atəşkəsi pozub

Cəbhə xəttində bir neçə istiqamətdə mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Nəmirli, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə