Ötən həftə uzun müddətdən sonra icazəli aksiya keçirmək qərarına gələn radikal müxalifət növbəti biabırçılığını yaşamalı oldu. Bir daha məlum oldu ki, nacaq konnektur maraqlar üçün müxalifət liderləri ətraflarında yaratmış olduqları hay-küy sadəcə görüntü naminə edilirmiş. Az qala böyük pafosla ümumi müxalifətin "Milli Şurası" kimi qələmə verilən təşkilat mitinq ünvanına bir neçə yüz nəfər tərəfdaş toplamağa belə çətinlik çəkdi. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
O, müxalifətin artıq bir neçə müdətdir ki, vakkumda saxlamağa çalışdığı mənsub olduğu düşərgənin ictimai dəstək faizinin sıfıra bərabər olduğunu söyləyib. Qeyd edib ki, məlum mitinqdə müxalifət yetkililəri 10 minlərin iştirakından söz etsələr də, real nəticə onları əhatə edən mətbuat nümayəndələrindən və digər şəxslərdən başqa heç kəsi görmək mümkün olmadı. "Bu açıq şəkildə müxalifətin cəmiyyətdə heç bir çəkisinin, dayağının olmamasını bir daha göstərmiş oldu. Məlum oldu ki, seçki ili başlamazdan öz xeyirlərinə konpaniyaya başlayanlar ideya və məzmun etibarı ilə heç bir sosial dayağa malik deyillər. Əslində müxalifət son dönəmlərdə bilavasitə kənardan özünə dayaq axtarması ilə cəmiyyətin hiddəti ilə qarşılanıb", - deyə A.Hüseynov əlavə edib. Vurğulayıb ki, indi müasir düşüncəyə potensial elmi imkanlara, praqmatik baxışa malik olan müasir cəmiyyətdə gerilikçiliyə, cəngəllik psixologiyasına malik olan ünsürlərin arxasınca getməyin, onların maraqları naminə küçələrə çıxmağa hazır olan sosial qrupun yoxluğu müxalifətin hərəkət imkanlarını ətalətdə saxlamış olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB