Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. SİA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın BƏƏ-nin Dubay və Şarca əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə ilə Şarca Əmirliyinin baş prokuroru Raşid Əli Məcid Əl-Omraninin görüşündə ifadə edilib.
Pərviz İsmayılzadə BƏƏ-yə daxil olan əmirliklərlə ikitərəfli əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat əlaqələrin daha da inkişaf üçün ötən il Azərbaycanın Dubay və Şarca şəhərlərində baş konsulluğunun fəaliyyətə başladığını qeyd edilib.
Azərbaycana səfərinin onda xoş təəssürat yaratdığını diqqətə çatdıran Raşid Əl-Omrani ölkəmizə xüsusi rəğbət hissi bəslədiyini bildirib. O, baş konsula diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Şarcaya səfər edən və burada yaşayan həmyerlilərimizin hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB