Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün avqustun 4-də Tehrana səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun mərasimdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Səfər avqustun 5-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə