"Ölkəmizdə yaradılmış azad və demokratik mühitdə hər kəs başına öz yaxın qohum-əqrəbasını toplayaraq bir təşkilat yaradır. Üzvlərinin sayı 5-10 nəfərdən artıq olmayan təşkilatlar da hər gün bir neçə sözdən ibarət mətn hazırlayaraq bəyanat adı ilə mətbuatda paylaşırlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədri Seymur Orucov deyib.
O qeyd edib ki, fikirlərini sərbəst şəkildə ifadə edən bu gənclərin dövlətdən tələb etdiyi absurd məqamlardır: "Söz və fikir azadlığı yoxdursa, siz öz fikirlərinizi necə ifadə edirsiniz? Sonuncu verilən bəyanat Gənclər Təşkilatlarının adından yayılıb. Bəyanatda vurğulanan məsələlər və saxta ittihamların heç biri həqiqəti əks etdirmir".
Seymur Orucov bildirib ki, bəyanatda insanları ictimai asayişi pozmağa yönəlik işlər aparan və hazırda təhlükəsizlik orqanları tərəfindən saxlanılan insanlara azadlıq istənilir: "O insanlara ki, azadlıqda olduqda belə, dövlət və millət adına yaraşmayan fəaliyyətlə məşğul olurdular. Azad və ədalətli seçki tələb edən bu bəyanat sahibləri, niyə öz bugünkü hallarından bir bəyanat vermirlər. Seçkiyə sayılı günlər qalıb, hələ bunlar ortaya bir namizəd çıxara bilməyiblər. Fikir ayrılıqları səbəbindən parçalanıb dağılıblar. Ölkəmizdə və xaricdə fəaliyyət göstərən fondlardan gizli yollarla maliyyə alan və bununla dövlət əleyhinə işlər görən hər hansı qondarma təşkilatların yenidən fəaliyyətə başlamasını istəyirlər. Daha onların nə işlə məşğul olmasının, Qərbdən bu gün ərəb ölkələrinə ixrac edilən "demokratiya"-nı Azərbaycana da gətirmək planları haqqında bir söz belə yazmırlar".
Gənclər Birliyinin sədri həmçinin vurğulayıb ki, ölkəmizdə qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar hər kəs üçün bərabər imkanlar və şərait yaradılıb: "Daha iqtidar nə etsin ki, bunlar hələ bir qocanın əlində ilişib qalıblar. Bu gün ölkə ictimaiyyəti və Azərbaycanın ən böyük gənclər ordusunu özündə birləşdirən YAP Gənclər Birliyi olaraq bəyan edirik ki, biz növbəti seçkilərdə dövlətin yaratdığı sərbəst və bərabər imkanları alqışlayırıq. Biz Cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək üçün bütün qüvvəmizlə hazırlaşırıq!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB