Muxalifət səhvlər ardıcıllığını davam etdirir

Muxalifət səhvlər ardıcıllığını davam etdirir

Seçki ili başlamazdan bir neçə oyuncaq birlik, toplum yaradan müxalifət öz zəifliyini, cəmiyyətdən kənar olduğunu açıq şəkildə nümayiş etdirdi. Ən sonda isə kənardan gözlənilən istiqamət gəldi və onlar dünənə kimi "gözüm çıxdıya" saldıqları ermənilərin yaxın dostu olan bir rejissoru - Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd elan etdilər. Hələ buna qədər isə qondarma Milli Şura yarandı və müxalifətin müəyyən bir qismi aralarındakı nifaqla bura qoşulası oldu. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Qeyd edib ki, elə bununla da ortaya maraqlı nüanslar çıxdı ki, 20 illik siyasi fəaliyyətləri dönəmində bir dəfə də olsun birlik modeli nümayiş etdirməyənlər dinməz-söyləməz milli şurada təmsil olunmağa boyun əyəsi oldular. Sonda isə anladılar ki, onlar növbəti dəfə kənar qütblərin oyuncağı kimi səhvə yol veriblər.

"Xarici ölkənin vətəndaşının namizədliyini irəli sürüblər və siyasi kariyeraları boyu səhvlər ssenarisinə daha qabasını əlavə ediblər. İndi isə onun ölkəyə gəlib-gəlməyəcəyi qayğısı onların canına vəlvələ salıb. R.İbrahimbəyov isə Azərbaycana gəlmək istəmir. Hətta onun namizədliyini irəli sürmüş qondarma şura üzvləri bunu təkid etsələr belə R.İbrahimbəyov bunu edə bilmir. O, ən yaxşı halda müxalifət yetgililərinin bir qismi ilə Bakıda deyil, Gürcüstanın paytaxtı Tiflisdə görüşməyə razılıq verib. Bu da adlarını "milli" qoyduqları şuranın qeyri-milli namizədi. Sadəcə olaraq müxalifət düşərgəsində sonun bu cür olacağına, R.İbrahimbəyovun namizədliyi üçün tər tökənlərin sonda xəcalət çəkəcəyinə bir az da olsa düşüncə kifayət etməliydi", - deyə A.Hüseynov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə