Asim Mollazadə: “Azərbaycan mediasının inkişafına böyük diqqət və qayğı mövcuddur”

Asim Mollazadə: “Azərbaycan mediasının inkişafına böyük diqqət və qayğı mövcuddur”

"Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mediasının inkişafına böyük diqqət və qayğı mövcuddur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə bu gün prezident İlham Əliyev tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə jurnalistlərə verilən yeni mənzillərə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda peşəkar, müstəqil, maarifçi medianın inkişafına böyük ehtiyac var: "Hesab edirəm ki, ölkə mediası hər zaman olduğu kimi, bundan sonra da öz dövlətinin, xalqının inkişafına xidmət edən media olacaq. Bir sözlə, mən Azərbaycanın bütün jurnalistlərini səmimi qəlbdən təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə