“ATƏT-in Minsk qrupu öz fəaliyyətində daha aktiv siyasət qurmalıdır”

“ATƏT-in Minsk qrupu öz fəaliyyətində daha aktiv siyasət qurmalıdır”

"Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Çünki, ATƏT-in Minsk qrupu öz fəaliyyətində daha aktiv siyasət qurmalıdır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk qrupunun fəaliyyətinə münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın xarici siyasəti xalqın milli maraqları üzərində qurulub. "Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü öz doğma yurdlarından didərgin düşüb. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiq göstərilməlidir. ATƏT-in Minsk qrupuna daxil olan ölkələr BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrdir və bunlar 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələrin qəbulunda iştirak ediblər. Lakin Ermənistan bu qətnamələri hələ də icra etməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə