"Azərbaycan mətbuatında müxtəlif təmaülləri təmsil edən qəzetlərin olmasına baxmayaraq onların arasında həmrəylik var". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbuatının özünəməxsus xüsusiyyətləri o qədər qabarıqdır ki, bunu müsbət mənada inkar etmək olmaz: "Bizim mətbuatımıza indiyə qədər çox ölkələrdə rast gəlinməyən dövlət dəstəyi mexanizmi formalaşıb. İstər müxalifət, istər iqtidar, istərsə də müstəqil yönümlü mətbuat orqanları olsun, Azərbaycanın milli maraqlarının üstündə prinsipial bir həmrəylik mövcuddur. Artıq Azərbaycan mətbuatının problemlərini təhlil edən, müsbət təmaülləri dəstəkləyən və mənfi təmaüllərin aradan qaldırılması üçün müvafiq orqanların qarşısında məsələ qaldıran Mətbuat Şurası kimi institut formalaşıb. Azərbaycan dövləti ilə mətbuat arasında münasibətlərin tənzimlənməsi və mətbuatın iqtisadi cəhətdən dəstəklənməsi üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çox uğurla fəaliyyət göstərir. Bu fond dünya ölkələrinin təcrübəsində olmayan bir təşkilatdır. Amma buna baxmayaraq onun rəhbərliyi sıfırdan başlayaraq bir nüfuzlu təşkilat yaradıb və bu təşkilat öz qarşısında mətbuatın dəstəklənməsi ilə bağlı olan məsələləri uğurla həyata keçirir. Bir sözlə, mən Azərbaycan mətbuatının durumunu bir model kimi səciyyələndirirəm. Bu modelin içərisində dövlətin mətbuat orqanlarına dəstəyi, KİV-in İnkişafına Dəstəyi Fondu kimi real və işlək bir mexanizm və mətbuatın problemlərini ictimai səviyyədə tənzimləyən Mətbuat Şurası var. Güman edirəm ki, bütün bunlar yaxın gələcəkdə Azərbaycan mediasının yeni uğurları üçün möhkəm zəmin yaradacaq".
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB