Siyavuş Novruzov: “Xalqın dəstəyi, seçimi olmadan həmin insanlar sonda iflasa uğrayacaqlar” AÇIQLAMA

Siyavuş Novruzov: “Xalqın dəstəyi, seçimi olmadan həmin insanlar sonda iflasa uğrayacaqlar” AÇIQLAMA

"Müxalifət nümayəndələri bu və ya digər şəkildə məlumat verməyə çalışırlar ki, guya ayrı-ayrı dövlətlər "Milli Şura"nın fəaliyyəti ilə maraqlanırlar. Bu baxımdan da istər Rüstəm İbrahimbəyov, istərsə də digərləri Avropa strukturları ilə görüşlər keçirirlər. Təbii ki, bunların hamısı turist səfərlərinə hesablanıb". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP icra katibi müavininin sözlrinə görə, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar da təkzib edib ki, "Milli Şura"dan bir nəfər də olsun ABŞ-a dəvət olunmayıb: "Bu insanlar sadəcə olaraq, öz təşəbbüsləri ilə ora getmək arzusundadırlar. Bu gün Azərbaycanın hər bir vətəndaşı istənilən ölkəyə gedə, istənilən adamla görüşə və söhbətləşə bilər. Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Xalqın dəstəyi, seçimi olmadan həmin insanlar sonda iflasa uğrayacaqlar. Bu mənada hesab edirəm ki, millətə, xalqa, dövlətə xidmət etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə