"Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun fəaliyyətindən çox narazıdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 20 ildir ATƏT-in Minsk qrupunun fəaliyyətində aktivlik yoxdur: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün xarici ölkələr Ermənistana təzyiqlərini artırmalıdırlar. Ancaq təssüf ki, hələ bunu görə bilmirik".
E.Məmmədyarov onu da vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz ordusunu çıxarmalıdır: "Təssüf ki, Ermənistan danışıqlardan yayınır. Bu da münaqişənin həlli prosesini ləngidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB