Sevinc Seyidova: “Jurnalistlərə ipotekə kreditlərinin verilməsi ilə bağlı problem var”
"Jurnalistika sahəsində çox işlər görülüb və uğurlu nəticələr əldə olunub". Bunu SİA-ya "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova ölkəmizdə jurnalistikanın hazırki vəziyyətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun yaradılması, qanunvericiliklə bağlı müəyyən dəyişikliklərin edilməsi, jurnalistlərin yazı müsabiqəsinin keçirilməsi və ölkə prezidentinin fərmanı ilə fəxri adların verilməsi jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir: "Bu baxımdan çox işlər görülüb və uğurlu nəticələr əldə olunub. Eyni zamanda internet jurnalistikası da inkişaf etməkdədir. Bu gün medianın başlıca problemlərinə misal olaraq, qəzetlərin satış yerlərinə operativ çatdırılması və reklam bazarının formalaşmamasını misal göstərmək olar ki, bunlar da bir növ qəzetlərə maliyyə cəhətdən zərər vurur. JBütün bunlara baxmayaraq, ilbəil jurnalistlərin zəhməti dövlət tərəfindən daha çox qiymətləndirilir. Eyni zamanda jurnalistlərə ölkə başçısı tərəfindən evlər veriləcək. Əfsuslar olsun ki, bu gün evsiz jurnalistlərimiz çoxdur. Onların gələcəkdə ev almaq şansları da çox azdır. Jurnalistlərə ipotekə kreditlərinin verilməsi ilə bağlı problem var. Ümid edirəm ki, növbəti illərdə də bu proses davam edəcək".`
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB