Azərbaycan və Ermənistan xarici işlər nazirləri Avstriyanın paytaxtı Vyanada görüşüblər. Xarici KİV-lərin verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilən görüş dünən gecə baş tutub.
Görüş zamanı Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB