"Yay məktəbi"nin II Oğuz turunun üçüncü günü yekunlaşdı

"Yay məktəbi"nin II Oğuz turunun üçüncü günü yekunlaşdı

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunun maraqlı anları asudə vaxtdan sonra təşkil edilən intellektual oyunla davam edib. SİA-nın xəbərinə görə, YAP GB Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə keçirilən oyunda "İlhamla İrəli", "Güclü Lider", "Qələbə" komandaları mübarizə aparıb. İlk turda qalib gələn "İlhamla İrəli", "Qələbə" komandaları finala yüksəlib. Final mərhələsində isə gərgin mübarizədən sonra "Qələbə" komandası qalib olmağı bacarıb.

Günün sonunda layihənin iştirakçıları günün qalib komandasını müəyyən edib. Münsiflər heyətinin yekun qərarına əsasən günün qalibi "İlhamla İrəli" komandası olub.

Gənclər üçün təcrübə və bilik mənbəyi olan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun iştirakçıları təlimin üçüncü gününü əylənərək başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə