"Avropanın bir çox dövlətləri və təşkilatları Azərbaycanın bu qədər sürətli inkişafını istəmirlər". Bunu SİA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Avropa Parlamentinin İlqar Məmmədovla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Keçmiş SSRİ imperiyası dağıldıqdan sonra qısa müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan A.Hüseynov bildirib ki, ötən 20 ildə Azərbaycanı bütün dünya tanıya bilib. Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda gedən sürətli böyük inkişaf bəzi dövlətləri və dairələri qısqandırır: "Həmin dairələr görürlər ki, Avropada gedən iqtisadi böhrana baxmayaraq ancaq Azərbaycanda güclü inkişaf müşahidə olunur. Təbii ki, həmin dairələr Azərbaycanın inkişafını istəməz. Buna görə də bir sıra təşkilatlar Azərbaycanla bağlı tez-tez qərəzli bəyanatlar verirlər. Azərbaycanı istəməyən bu cür qüvvələr var".
Azərbaycanın əldə etdiyi böyük uğurların başında president İlham Əliyevin həyata keçirdiyi siyasətin dayandığını söyləyən A.Hüseynov qeyd edib ki, Azərbaycan dövləti keçdiyi uğurlu yoldan əsla dönməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB