Qazax mətbuatı YAP-ın qurultayından yazıb

Qazax mətbuatı YAP-ın qurultayından yazıb

Almatıdakı turkelpress.com internet resursunda "Yeni Azərbaycan Partiyasının V qurultayı 2013-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini irəli sürmüşdür" sərlövhəli material rus dilində verilib.

Materialda Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin nitqi və yekun çıxışı da tam olaraq verilib.

Yazıda, həmçinin Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Zahid Qaralov, YAP Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılova, Laçın Rayon Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalov, Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova, Milli Məclisin deputatı Yevda Abramov, Masallıdan olan müəllimə Mehparə Məmmədova, partiyanın sədr müavini-icra katibi Əli Əhmədov və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Kərim Kərimovun qurultaydakı çıxışlarının mətninə də yer ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə