"Bu addım prezident İlham Əliyevin insanlara yaxınlığından xəbər verir"
Azərbaycan prezidenti İlham Əliyev rəsmi "Facebook" səhifəsində məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılacaq. SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin rəsmi "Facebook" səhifəsində elan yerləşdirilib.
Elanda qeyd edilir: "2013-cü ilin Azərbaycanda İnformasiya Texnologiyaları ilidir. Bunu nəzərə alaraq ilk mövzu bu sahəyə həsr edilir. Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaq. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməmişdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin. Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq".
Azərbaycan prezidenti İlham Əliyevin rəsmi facebook səhifəsində vətəndaşların suallarını cavablandırması ilə bağlı məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, dövlət başçısı hər zaman cəmiyyətə açıq olub: "Ölkə başçısı İlham Əliyevin fəaliyyəti tam şəffafdır. Vaxtaşırı cəmiyyətə fəaliyyəti ilə bağlı hesabatlar verir. Eyni zamanda bölgələrə səfəri zamanı sadə insanlarla görüşür, onları dinləyir. Onların qaldırdığı problemlərlə bağlı müvafiq tapşırıqlar verir. Sadə vətəndaşların suallarını cavablandırmaq isə iqtidarın mahiyyətindən və prezident İlham Əliyevin insanlara yaxınlığından xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB