Millət vəkili: “YAP prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib”

Millət vəkili: “YAP prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib”

"Yeni Azərbaycan Partiyası V qurultayında partiyanın minə qədər nümayəndəsi ilə qarşıda duran məsələləri müzakirə edəcək, prezident seçkilərində iştirak edəcək namizədini rəsmən elan edəcək". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, YAP prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib: "YAP-ın prezident seçkilərində namizədi ölkə başçısı İlham Əliyev olacaq. Prezident İlham Əliyev dövlət başçısı kimi üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısının rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrəti artaraq beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib. Eyni zamanda Azərbaycan vətəndaşlarının hüquqları tam təmin olunub. YAP Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasının daşıyıcısı və ölkə başçısı İlham Əliyevin fəaliyyətinə siyasi dəstək verən ən böyük təşkilatdır. Aparılan rəy sorğularından da məlumdur ki, vətəndaşlarımızın böyük əksəriyyəti prezident İlham Əliyevin namizədliyini dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə