Ölkə başçısı Roland Kobianı qəbul edib

Ölkə başçısı Roland Kobianı qəbul edib

Prezident İlham Əliyev iyunun 6-da Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla AB arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, R. Kobianın əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə