Polad Bülbüloğlu: "Erməni və azərbaycanlı icmaları arasında görüş gözlənilmir"

Polad Bülbüloğlu: "Erməni və azərbaycanlı icmaları arasında görüş gözlənilmir"

"Yaxın vaxtlarda Dağlıq Qarabağın erməni -azərbaycanlı icmaları arasında görüş gözlənilmir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ gündəlikdə deyil: "Azərbaycan hər zaman bu cür görüşləri lazımlı hesab edir. Biz bu barədə öz təkliflərimizi təqdim etmişik. Lakin qarşı tərəf məsələni uzadır. Əvvəllər bir neçə dəfə münaqişə tərəflərinin media nümayəndələri arasında görüş keçirilib. Lakin hələlik heç bir nəticə yoxdur və yaxın vaxtlarda da gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə