Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından bu gün bir qrup ABŞ konqesmeninin şərəfinə işçi lanç verilib. SİA-nın məlumatına görə, qonaqları bir daha salamlayan dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu qeyd edib. Azərbaycan-ABŞ tərəfdaşlığının artıq sınaq dövründən çıxdığını deyən dövlətimizin başçısı ölkələrimizin həqiqi və etibarlı dostlar olduğunu vurğulayıb. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
ABŞ senatoru Riçard Luqar yüksək qonaqpərvərliyə və "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda əhatəli çıxışına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından yeni bir təcrübə olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB