Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə 16-19 may 2013-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində təşkil olunan, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının üzvlər şurasında iştirak edib. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, tədbir zamanı "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının cari hesabatı qəbul olunub. Təşkilatın 2014-cü il üzrə fikir mübadiləsi aparılıb və strateji planı müəyyənləşdirilib. Tədbir zamanı həmçinin iştirakçılarla Macarıstanın gənclər təşkilatları və dövlət rəsmiləri arasında görüşlər təşkil olunub. ARGTMŞ-nın sədri səfər çərçivəsində bir sıra görüşlər keçirib.
Ş.Seyidzadə Gənc sahibkarlar aliansının (FİVOSZ) sədri, Avropa gənc sahibkarlar assosiayasiyasının vitse prezidenti, Azərbaycan-Macarıstan gənclər birliyinin macarıstanlı həmsədri Patrik Kovaks və azərbaycanlı həmsədri İbrahim Səfərli, həmçinin Gənclərin dünya assambleyasının baş katibi Ediola Paşollari, Gənclər hərəkatda (Youth in Action) proqramının Polşa milli agentliyinin direktoru Tomasz Bratek və "SALTO" Şərqi Avropa və Qafqaz resurs mərkəzinin (EECA) rəhbəri Andrey Pavloviç ilə görüşlər keçirib. Görüşlər zamanı gənclər və gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məsələsinə toxunulub. Şahin Seyidzadə, ARGTMŞ-nın gənclərin əməkdaşlığı, gənclər təşkilatlarının inkişafı, gənclər siyasətinə dəstək strategiyası çərçivəsində gənclər arasında əməkdaşlığın gücləndirilməsində ARGTMŞ-nın yaxından iştirak edəcəyini qeyd edib.
Məlumat üçün deyək ki, ARGTMŞ "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının təsisçisi və tam hüquqlu üzvüdür.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB