"Türkiyə Azərbaycan münasibətləri və Ermənistan problemi"

"Türkiyə Azərbaycan münasibətləri və Ermənistan problemi"

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə birgə 20 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İstanbul Ticarət Universitetində "Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində "Tarixi mərhələlərdə Türkiyə Azərbaycan münasibətləri və Ermənistan problemi" mövzusunda beynəlxalq konfrans keçirəcək. SİA-ya verilən məlumata görə, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Musa Quliyev, Fazil Mustafa, İstanbul Ticarət Universitetinin müəllimi Prof. Dr. Səid Yazıcıoğlu, İstanbul Ticarət Universiteti İdarə Heyətinin sədri Erhan Eken, Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının sədri Musa Sərdar Çələbi və Türkdilli dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov çıxış edəcəklər.

Qeyd edək ki, tədbirdə Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin üzvləri, Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının nümayəndələri, İstanbul Ticarət Universitetinin müəllim və tələbə kollektivi iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə