YAP Gənclər Birliyi “Youth Business-Milli Biznes Çempionatı” layihəsinə start verdi YENİLƏNİB-FOTOLAR
Bu gün "Monolit Plaza" Hotelində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və "İB Club"-un təşkilatçılığı ilə "Youth Business - Milli Biznes Çempionatı" adlı bu layihənin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, layihənin ideya müəllifi Şəmsi Bayramzadə, YAP Siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən "Youth in Business-Milli Biznes Çempionatı" layihəsinin ideya müəllifi Şəmsi Bayramzadə bildirib ki, bu layihənin əsas məqsədi gənclərin biznes və sahibkarlıq biliklərinə yiyələnməsinə nail olmaqdır. Diqqətə çatdırılıb ki, layihə ilk dəfə 2012-ci ildə həyata keçirilib: "Layihəyə universitetlər üzrə təlimçilər və təlimçi olmaq iddiasında olan gənclər cəlb edilib. Onlar arasında seçimlər edildikdən sonra onlara təlimçilik və biznes biliklərinin aşılanması üçün 4 istiqamətdə, həftədə iki dəfə olmaqla 5 həftə ərzində 10 təlim məşqləri keçirilib. Biz çalışırdıq ki, 2011-2015-ci il Dövlət Gənclər proqramında bizim də öz payımız olsun. Həmin layihə ilə əlaqədar 15 universitetdə təlimlər keçirilib və biznes plan hazırlanıb. Bu layihənin ən əsas özəlliyi onun praktik təşkil olunması ilə bağlıdır".
Daha sonra ADİU-nun tələbələri tərəfindən biznes plan haqqında təqdimat keçirilib.
YAP icra katibinin müavini Mübariz Qurbanlı söz alaraq deyib ki, Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb: "Biznes sahəsinə daxil olan hər bir şəxs daha sonra irəliyə doğru addımlar ataraq, öz əlaqələrinin genişləndirməyə çalışır. Qanuni yolla pul əldə etmək hər bir insanın arzusudur. Ölkədə Mərkəzi Bank tərəfindən kredit faizlərinin azadılması biznes mühitinə çox ciddi təsir göstərəcək. Həyat yaşamaq uğrunda mübarizədir. Yaxşı yaşamaq uğrunda mübarizə müxtəlif yollardan keçir. Təbii ki, bu yollardan biri də güclü təhsil almaq və bu təhsildən lazımi istiqamətdə istifadə edə bilməkdir".
Azərbaycan dövləti tərəfindən hər zaman gənclərə böyük dəstəyin nümayiş olunduğunu bildirən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, YAP GB-də gənclərin hər bir layihəsinə yaxından dəstək verilib: "Biz çalışırıq ki, ölkə gəncliyi həmin layihələr vasitəsilə Azərbaycanın inkişafında müstəsna xidmətlər göstərsinlər. Əgər sizlərə hər hansı bir dəstək lazımdırsa, YAP GB-nin ofisinə müaricət edə bilərsiniz. Biz həmin layihələrə baxıb, onu imkan daxilində dəyərləndirərək, cəmiyyətə inteqrasiyasını təşkil edə bilərik. Yaşasın, Gənc sahibkarlar!".
Sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilov, YAP Siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək layihə ilə bağlı dəyərli fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, bu layihə gənclərin təşkilatlanmasına, onların intellektual biliklərinin atırılmasına, eləcə də cəmiyyətdə əsl vətənpərvər vətəndaş olmalarına mühüm şərait yaradacaq.
Qeyd edək ki, 13 təhsil ocağı üzrə 16 komanda çempionatda hazırladıqları biznes planlarını təqdim edəcəklər. Bu komandalardan biri də "İB Club" üzvlərinin komandası olacaq. Qalib komandaya 500 AZN, 2-ci yerə 200 AZN, 3-cü yerin sahibinə isə 100 AZN təqdim olunacaq.
Layihənin final mərhələsi isə mayın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçiriləcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB