Rəsmi Tehran Azərbaycanın notasına cavab verib

Rəsmi Tehran Azərbaycanın notasına cavab verib

İran tərəfi Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynovun bu ölkədə həbs olunması ilə əlaqədar Azərbaycan tərəfinin notasına cavab verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi X. Xalid və Ş. Hüseynovun "qanunsuz fəaliyyətə cəhdlə əlaqədar" həbs olunduğunu açıqlayıb. Notada qanunsuz fəaliyyət olaraq nələrin nəzərdə tutulduğu qeyd olunmayıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarımızın saxlanması ilə əlaqədar İrana mayın 1-də və 6-da iki nota verib.

Bütün xəbərlər Facebook səhifəmizdə